Əhali pulsuz tibbi müayinə edildi – Gürcüstanda

Baxış sayı: 249

Gürcüstanda Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib.

ATV.az-ın yerli bürosunun məlumatına görə, aksiya çərçivəsində Gürcüstandakı səfirliyimizin dəstəyi ilə Qori rayonunun Tinisxidi kəndində yaşan soydaşlarımız və gürcü sakinlər üçün pulsuz tibbi müayinə təşkil edilib. Müayinə zamanı ətraf kəndlərin sakniləri də həkim yoxlanışından keçiblər. Müayinə edilən sakinlərin bəzilərinə müalicə də təyin edilib. Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov, Şida Kartli bölgəsinin qubernatoru Kaxa Samxaradze və Qori şəhər meri Konstantin Tavzaraşvili iştirak ediblər. Səfirlik tərəfindən gələcəkdə də bu cür xeyriyyə tədbirlərinin təşkil olunacağı bildirilib.

Nadir Almazoğlu/ ATV.az