PKK-ya məxsus 8 mərtəbəli sığınacaq aşkarlandı İçərisində üzmək üçün hovuz da var

Baxış sayı: 237

Türkiyə ordusu Tuncəli vilayətində PKK terror qruplaşmasına daha bir zərbə vurub.

ATV.az Anadolu-ya istinadən xəbər verir ki, qruplaşmaya məxsus 3 sığınacaq aşkarlayıb. Onlardan  birinin dərinliyinin 100 metrə çatması diqqət çəkib. 8 mərtəbəli sığınacaqda üzmək üçün kiçik hovuz, su çənləri, müxtəlif qidalar, geyimlər və partlayıcı qurğular aşkarlanıb. Bildirilir ki, bu tunellər terrorçuların qışda gizləndiyi önəmli mərkəzlərindən biri olub. Antiterror əməliyyatları davam edir.

Anar Məmmədov/ ATV.az