Məktəbdə qanlı faciə 17 nəfər öldürüldü, xeyli yaralı var

Baxış sayı: 927

ABŞ-ın Florida ştatında, Parkland şəhərində məktəblərdən birində silahlı insident baş verib. 

Silahlı toqquşma zamanı 17 nəfər öldürülüb, xeyli sayda yaralı var. ATV.az TASS-a istinadən xəbər verir ki, ölənlər arasında azyaşlı şagirdlər və müəllimlər var. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Məktəbi nəzarətə götürən təhlükəsizlik əməkdaşları silahlı insidenti törədən şəxsi zərərsizləşdirməyə müvəffəq olub. Hücumu gerçəkləşdirən 1999-cu il təbəllüdlü Nikolas Kruzdur. Polisin açıqlamsına görə, o bir neçə gün öncə daxili nizam-intizamı pozduğu üçün məktəbdən qovulub. Ilkin ehtimala görə, onun hadisəni törətməsinə başlıca səbəb məktəbdən uzaqlaşdırılmasıdır.

ATV.az