Fransa prezidenti və Rihanna birlikdə nə etdilər?

Baxış sayı: 1630

Seneqalda səfərdə olan Fransa prezidenti Emmanuel Makron və müğənni Rihanna ölkədə təhsilin səviyyəsini qaldırmaq üçün birgə iş aparacaq. 

ATV.az xarici mətbuata istinadən xəbər verir ki, Dakarda təhsillə bağlı sammitə qatılan Fransa prezidenti xüsusi fond üçün 200 milyon avronun toplanmasına yardım edəcəyini söz verib. Onun çıxışına müğənni Rihanna biganə qalmayıb və təhsil fonduna dərhal ödəniş edib. Ödənişin məbləği açıqlanmasa da, Ririnin Makronun ideyasına dəstək sözü verdiyi məlum olub.

ATV.az