Fransada nadir hadisə Çimərlikdə böyük çüxur əmələ gəldi

Baxış sayı: 489

Fransanın Nitsa şəhər çimərliyində diametri 5, dərinliyi 2 metr olan çüxur əmələ gəlib.

ATV.az AFP-yə istinadən xəbər verir ki, yerli dairələr bu nadir hadisəyə görə sakinləri təşvişə düşməməyə çağırıb. Bildirilib ki, bu, yeraltı sular üzündən baş vermiş adi torpaq çöküntüsüdür. Şəhərin digər yerlərində də buna bənzər mənzərələr yaransa, narahat olmağa dəyməz. Şəhər rəhbərliyi xoşagəlməz hadisələrin baş verməməsi üçün çüxurun ətrafında təhlükəsizlik səddi çəkib. Yerli dairələr lazımi geoloji tədqiqatlar aparmağı da düşünür.

Bəxtiyar Fətullayev/ ATV.az