İrəvanda əsgər ölümüə etiraz edildi Bu dəfə intihar edən əsgərin şəkilləri asıldı

Baxış sayı: 255

Ötən gün Ermənistanda ordu günü ilə əlaqədar etiraz aksiyası keçirilib. 

ATV.az erməni mediasına istinadən xəbər verir ki, əvvəlcə sosial şəbəkələrdə başlayan etirazlar sonra küçələrdə intihar edən əsgərin trafaretləri, 2017-ci ildə rəsmi döyüş statistikası, qeyri-döyüşdə itkin düşən  əsgərlərin hekayələrindən alınan yazılar yayılıb. Yazılarda “erməni əsgər azərbaycanlı əsgərdən daha çox zabitdən qorxur”, “ hərbi hissədən qaçmaq, özünü intihar etmək nə vaxta qədər davam edəcək” ifadələri öz əksini tapıb. Eyni zamanda orduda intihar halının, döyüş şəraitində rastlanan ölüm faktından çox olduğu da qeyd olunub.

Aytən Əhmədova/ ATV.az