Təlimlər davam edir Azərbaycan hərbiçiləri Gürcüstan dağlarında

Baxış sayı: 220

Azərbaycan hərbiçilərinin də iştirak etdiyi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində hazırlıq təlim kursu davam edir. 

ATV.az Gürcüstanın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Qudauridə keçirilən təlimə Azərbaycanla yanaşı, Gürcüstan, Latviya, Polşa və Ermənistandan ümumilikdə 13 hərbçi qatılıb. Təlim iştirakçıları xizək sürmə və qarlı əraziləri ötüb keçmək, axtarış-xilasetmə və təxliyə tədbirlərinin təşkili, qarlı ərazidə sığınacağın qurulması və gecələmək və s. ilə bağlı biliklər əldə edirlər. Təlimin sonunda hərbçilər imtahan olunacaq. İmtahandan uğurla keçmiş hərbçilərə sertifikatlarla yanaşı, gələcək kurslarda iştirakla bağlı xasiyyətnamələr də təqdim olunacaq. Dağ hazırlıq təlimi fevral ayının 2-də başa çatacaq.

ATV.az