Türkiyəyə Gürcüstandan dəstək Azərbaycanlı gənclər səfirlik önünə toplaşdı

Baxış sayı: 207

Türkiyənin Gürcüstandakı səfirliyi önünə toplaşan gənclər Tiflisdə dəstək aksiyası keçirib. 

ATV.az APA-ya istinadən xəbər verir ki, aksiyada 30-a yaxın gənc iştirak edib. Əllərində Azərbaycanın və Türkiyənin bayraqlarını tutan gənclər Türkiyənin Suriyanın Afrin bölgəsində terrorçulara qarşı həyata keçirdiyi hərbi əməliyyatları dəstəkləyiblər. Aksiyada “Azərbaycan-Türkiyə: bir millət-iki dövlət”, "Türk türkə dəstək" şüarları səsləndirilib.

ATV.az