Sahara səhrasına da qar yağdı Bakı isə yağıntıya həsrətdir

Baxış sayı: 368

Dünyanın ən böyük və isti iqliminə məxsus ərazisi, Sahara səhrasına qar yağıb. 

ATV.az TASS-a istinadən bildirir ki, bu barədə Əlcəzair mətbuatı məlumat verib. Yağıntı qumsal ərazinin şimal hissəsinə düşüb. 40 sm qalınlığı olan qar axşam saatlarında əriyib. Qeyd edək ki, sonuncu dəfə bura ötən il qar yağıb. Ümumilikdə son 37 ildə Saharaya 4 dəfə qar düşüb.

Rövşən Əliyev/ ATV.az