Otel yoxsa bunker? Çexiyalı otelçidən nüvə müharibəsinə hazırlıq

Baxış sayı: 224

Çexiyada inşa edilən “Oppidum” oteli ilk baxışdan adi binalardan biri kimi görünsə də, əslində belə deyil.

ATV.az Mirror nəşrinə istinadən bu tikilinin bəzi özəllikləri barədə məlumat verir. Beləliklə, tikintisi 1984-cü ildə başlanan bu otel 10 ilə inşa olunub. O vaxtkı Çexoslavakiya zamanında təməli qoyulan otelin əsas məqsədi isə ölkənin iri ranqlı məmurlarını Qərbin nüvə hücumlarından qorumaq olub. 30 min kv.metr ərazidə tikilən binada bir illik ərzaq ehtiyatı ilə yanaşı SPA salonlar, kinoteatr, kitabxana, tibb məntəqəsi, hovuzlar və s. var. Bunker oteldə bir gecəlik qalmaq isə 33-261 min dollar arasında dəyişir. Hazırda buranın sahibi olan Yakub Zabrazil bildirir ki, indinin özündə də bura tələbat kifayət qədər yüksəkdir. Xüsusilə, Şimali Koreyanın nüvə sınaqlarından sonra “Oppidum”da qalmaq istəyənlər çoxalıb.

Rövşən Əliyev/ ATV.az