"Ginnes" rekordçusu ərə gedir Dünyanın ən tüklü qızını sevən tapıldı

Baxış sayı: 935

Dünyanın ən tüklü insanı və qızı kimi Ginnesin Rekordlar kitabına düşən Supatra Sasupfan ərə gedir. 

ATV.az Metro qəzetinə istinadən xəbər verir ki, 17 yaşlı yeniyetmə bu barədə sosial şəbəkədəki hesabından məlumat verib. Bununla belə, tailandlı xanım sevgilisinin adını açıqlamayıb. Qeyd edək ki, tibbdə Abrams sindromu və ya hipertrixoza kimi tanınan xəstəlik irsidir. Orta əsrlər ədəbiyyatında cəmi 50 belə insanın olduğuna dair məlumat var. Sürətlə uzanan tüklərin qarşısını almaqda müasir tibb elmi gücsüzdür.

ATV.az