Albaniya telekanalından maraqlı addım Xəbərlərə marağı artırmaq üçün bu yola əl atdılar

Baxış sayı: 10441

Albaniyada fəaliyyət göstərən Zjarr TV xəbər buraxılışlarına vətəndaşların marağını artırmaq üçün qeyri-adi addım atıb. 

ATV.az xəbər verir ki, telekanal rəhbərliyi informasiya yayımlarının aparıcılarını alt paltarları olmadan efirə çıxarmağa başlayıb. Əhalisini əksəriyyətinin müsəlman olduğu ölkədə mühavizəkarların birmənalı qarşılamadığı addımı dəyərləndirən kanal rəhbəri İsmət Dirişti heç nədən çəkinmədiklərini bildirib. O, qeyd edib ki, məqsədləri seksi təbliğ etmək yox, siyasi partiyaların oyuncağına çevrilən siyasi gündəmə vətəndaşların marağını artırmaqdır. Aparıcılar isə erotik görünüşlərinə görə o qədər də çox əmək haqqı almır. Onlardan birinə Qreta Xoşaya artıq belə xəbər aparmasına görə Avstraliyadan təklif gəlib. “Çılpaq həqiqət” adlanan xəbər proqramının gözəl diktoruna həftəyə 3 min avro təklif olunub. Aparıcı isə hələ qəti qərar vermədiyini bildirir.

ATV.az