Pitonla yatan qız Sürünən qəfildən arıqlamağa başladı

Baxış sayı: 11719

ABŞ-da evində saxladığı ilandan ayrıla bilməyən qız həyatının şokunu yaşayıb. 

ATV.az xəbər verir ki, nəhəng piton ilanı 5 ildir evində saxlayan gözəlçə ona elə öyrəşir ki, bir an olsun, özündən ayırmır. Hətta gecələri belə sürünənlə bir yataqda yatır. Amma günlərin birində adının açıqlanmasını istəməyən bu xanım ilanda ciddi dəyişikliklər hiss etməyə başlayır. Sürətlə arıqlayan piton yeməkdən imtina edir. Bir neçə gün belə davam etdiyindən sahibəsi onu veterinara aparır. Mütəxəssisin kiçik sorğu-sualdan sonra xanıma dedikləri onu şoka salır. Sən demə, ilan qızı yemək üçün arıqlamağa başlayıb. Nəhəng qidanı udmağa mədəsində yer hazırlayan sürünən tezliklə planını işə salacaqmış.

ATV.az