İtin sədaqəti Qızcığaza görə özündən dəfələrlə böyük köpəyə hücum etdi

Baxış sayı: 603

ABŞ-da 5 yaşlı Remaya Ernandesi qonşu köpəyin dişlərindən xilas edən Triqqer adlı it ölkədə adından söz etdirməyi bacarıb.

ATV.az-ın məlumatına görə hər şey Florida ştatında baş verib. Həyətdə oynayan Remaya bir anda özünü qonşu itin iti dişləri arasında görüb. Qızcığazın sifətindən yapışan köpək onu ora-bura çırpmağa başlayıb. Səs-küyə çıxan ana bir anlıq nə edəcəyini bilməyib. Elə bu vaxt hündür hasardan aşan putbul cinsli Triqqer azyaşlı sahibəsini müdafiə etmək üçün köpəyə hücum edib. Özündən dəfələrlə böyük itlə amansız olan putbul onu ölümcül yaralayıb. Qızcığaz isə valideynlərinin köməyi ilə xəstəxanaya çatdırılıb. Bir neçə plastik əməliyyatın köməyi ilə Remaya əvvəlki görünüşünə qayıdıb. Triqqer isə nəinki ailənin, bütün ABŞ-ın sevimli itinə çevrilib.

ATV.az