Qənnadı fabrikində atəş açan şəxs saxlanıldı

Baxış sayı: 199

Rusiyada ötən gün qənnadı fabrikində insanlara dəhşət yaşadan şəxs saxlanılıb. 

ATV.az RİA Novosti-yə istinadən bildirir ki, ötən gün Moskvada “Menşevik” fabrikində atəş açan şəxs müəssisənin keçmiş direktoru İlya Averyanov olub. Rusiya Daxili işlər nazirliyi Baş İdarəsindən bildiriblər ki, “Menşevik” fabrikinin hazırkı rəhbərliyi ilə mübahisədən sonra atəş açaraq bir nəfəri odlu silahdan qətlə yetirərən sabiq direktor hadisə yerindən qaçıb. Bundan əvvəl Averyanov  saxta sənədlərlə fabrikin əlindən alındığını və müflis edildiyini bildirib.

Rövşən Əliyev/ ATV.az