Narkotrafik Avstraliyaya da çatdı 1200 kq metamfetamin müsadirə edildi

Baxış sayı: 89

Avstraliya polisi külli miqdarda narkotik dövriyyəsinin qarşısını alıb. 

ATV.az ctv.by-a istinadən xəbər veriri ki, hüquq-mühavizə orqanları Melbrunda bir neçə gündür izlənilən evə basqın zamanı 1200 kq metamfetamin maddəsini ələ keçirib. Bildirilib ki, narkotik vasitənin “qara” bazarda dəyəri 800 milyon dollardır. Narkotacirlər təhlükəli maddəni gəmi ilə ölkədən çıxarmaq istəyib. Xüsusi əməliyyat nəticəsində 8 Avstraliya vətəndaşı həbs edilib.

Rövşən Əliyev/ ATV.az