İtaliyada pulsuz evlər paylamağa başlayıblar

Baxış sayı: 627

İtaliyada hakim dairələr evləri pulsuz paylamağa başlayıblar. 

Amma Avropada yaşamaq istəyənlər çamodanlarını yığıb burda məskən salmağa tələsməməlidir. Bunun isə bir neçə səbəbi var. ATV.az bu səbələrdən bir neçəsini təqdim edir. Əvvəla bu evlər Kalabriya vilayətinin Krukoli şəhərciyində yerləşir. Bir vaxtlar dəniz kənarında, yaşıllıqlar içində olan bu ərazi sonradan sakinlər tərəfindən tərk edilib. Ən başlıca səbəblərdən biri isə 50 km aralıda çiçəklənən iqtisadi gücə malik olan Kroton şəhərinin yerləşməsidir. İndi az qala xarabalığa dönən şəhərciyi bərpa etmək istəyən yerli dairələr bir neçə şərt irəli sürür. İlk olaraq, Krukolidə yaşamağa qərar verənlər AB-yə üzv ölkələrin vətəndaşları olmalıdır. Bundan sonra bu evlərdən istənilən birində yaşamaq istəyən şəxs şəhərciyin büdcəsinə 5 min avro ödəməlidir. Müqavilə bağlandıqdan sonra 4 ay ərzində evin üstü, 6 ay ərzində isə içi yaşayış üçün əlverişli hala gətirilməlidir. Əgər bu şərtlər yerinə yetirilməsə, ödənilən məbləğ geri qaytarılmır. Həmçinin Krukoli fəal seysmik zonada yerləşir. Yeraltı təkanların hər an ərazini titrətməsinə öyrənmək də asan deyil.

ATV.az