36 yaşlı qadın gənc qızı metronun altına atdı dəhşətli qətl

Baxış sayı: 3061

Rumıniyada dəhşətli cinayət hadisəsi törədilib. Metro stansiyasında qatar gözləyən Alina Ciucu gözlənilmədən 36 yaşlı Magdalena Serbanın hücumuna məruz qalıb. Arxadan gənc qıza  yaxınlaşan 36 yaşlı xanım onu itələyərək relslərin üzərinə salıb. Gənc xanımın qatar relslərindən çıxmasının qarşısını almaq üçün ona təpiklə zərbə endirib. Bir neçə saniyə sonra stansiyaya daxil olan qatar 25 yaşlı gənc qızı əzərək faciəvi şəkildə öldürüb. Hadisə yerindən qaçaraq uzaqlaşan cinayətkar qadını polislər asanlıqla həbs etməyə müvəffəq olublar. Təhlükəsizlik kameraları ilə görüntüləri izləyən hüquq-mühafizə orqanı əməkdaşları Magdalena Serbanı həbs ediblər. Aparılan araşdırmalardan sonra məlum olub ki, qadının psixoloji problemləri var və o heç bir ciddi səbəb olmadan belə dəhşətli qətlə imza atıb.

Fuad Əliyev/ATV.az