Fotofakt “Miss İraq” və “Miss İsrail”in birgə fotosu qalmaqal yaratdı

Baxış sayı: 244

Ötən ay keçirilən “Kainat gözəli” müsabiqəsində İraqdan və İsraildən olan gözəlçələr aləmi bir-birinə vurub. 

ATV.az Daily Mail-ə istinadən xəbər verir ki, qalmaqla səbəb “Miss İraq”ın “Miss İsrail”lə foto çəkdirməsidir. Müsabiqələrdən birində selfi çəkdirən xanımların şəkli yayıldıqdan sonra iraqli gözəlçə, Sara İdanın ailəsi ABŞ-a mühacirət etməli olub. Şəklin altında Saranın: “”Miss İraq” və “Miss İsrail”dən dünyaya sülh və sevgilər” yazmasüını bəyənməyən ərəblər onu vətənə xəyanətdə ittiham ediblər. Rəsmi dairələr israilin İraq tərəfindən tanınmadığını əsas gətirərək, təzyiqlər ediblər. Düzdür, Sara sosial şəbəkələrdə fotonun yanlış anlaşıldığını və buna görə üzr istədiyini bildirsə də, xalqı onu bağışlamayıb.

Rövşən Əliyev/ ATV.az