101 yaşlı “Spartak” Kerk Duqlas ad gününü ailəsi ilə qeyd etdi

Baxış sayı: 220

Hollivudun məhşur aktyoru Kerk Duqlas 101 yaşını qeyd edib. 

ATV.az Daily Mail-ə istinadən xəbər verir ki, əfsanəvi aktyorun bir əsrdən çox olan doğum günü oktyabrın 9-a təsadüf etsə də, fotolar indi yayımlanıb. Özü kimi aktyor olan oğlu Maykl, 98 yaşlı həyat yoldaşı Enn Baydens və digər ailə üzvlərinin əhatəsində olan qocaman aktyor çox xoşbəxt təsir bağışlayıb. Mayklın həyat yoldaşı Ketrin Zeta Cons tədbirdə iştirak edə bilməsə də, sosial şəbəkədə qayınatası ilə çəkdirdiyi şəkillərdən birini paylaşıb. Xatırladaq ki, Kerk Duqlas 1916-cı ildə Nyu-Yorkda anadan olub. Onun valideynləri Rusiyadan, Maqilyovski quberniyadan gedən miqrantlar olub. Aktyor fəaliyyətinə qədər Kerk ofisiant, yükdaşıyan və qəzetpaylayan işləyib. 2-ci Dünya müharibəsinin iştirakçısı olan aktyor dəniz donanmasında xidmət edib və yaralanıb. Ona məhşurluq gətirən isə 1960-cı ildə çəkildiyi “Spartak” filmində oynadığı eyniadlı baş rol olub.