İraqda İŞİD üzərində qələbəni belə qeyd etdilər

Baxış sayı: 458

İraqda İŞİD terror təşkilatı üzərində qələbə münasibətilə parad və aviaşou keçirilib. "Anadolu" xəbər verir ki, Bağdadda hökumət orqanlarının və diplomatik missiyaların yerləşdiyi "yaşıl zona"da təntənəli mərasim keçirilib. Baş nazir və hərbi qüvvələrin komandanı Heydər əl-Abadi, səlahiyyətli şəxslər, diplomatik missiyaların nümayəndələri iştirak ediblər. Bir gün əvvəl isə İraqın hökumət başçısı İŞİD terrorçuları üzərində qələbəni rəsmən elan edib. Dekabrın 10-u ölkədə qeyri-iş günü elan olunub.

ATV.az