Kaliforniyada fövqəladə vəziyyət 212 min sakin təxliyə edilib, 500-dən çox tikili yanıb

Baxış sayı: 106

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp meşə yanğınları ilə əlaqədar Kaliforniya əyalətində fövqəladə vəziyyət elan edib.

ATV.az Reuters-ə istinadən xəbər verir ki, alov 60 min hektar ərazini artıq külə çevirib. Bölgədən 212 min sakin təxliyə edilib. 500-dən çox tikili kül olub. Təhlükə səbəbiylə fəlakət bölgəsindəki bütün məktəblər bağlanıb.  Qeyd edək ki, 5 gün əvvəl başlayan yanğınlar nəticəsində 1 nəfər həyatını itirib. 3 sakin xəsarət alıb.

Rövşən Əliyev/ ATV.az