Gürcüstanın “şirin” cütlüyü Merin həyat yoldaşı prezident arvadları ilə müqayisə olunur

Baxış sayı: 1452

Gürcüstanın paytaxtı Tiflisin meri, bir zamanların məhşur futbolçusu Kaxa Kaladzeni tanlmayan yoxdur. 

Amma iş burasındadır ki, son vaxtlar onun həyat yoldaşı Anuka Areşidze ərindən heç də geri qalmadığını sübut etməyə başlayıb. O, həm də bunu gözəlliyi ilə deyil, bacarığı və qabiliyyəti ilə isbatlamağa çalışır. Gözəllikdən söz düşmüşkən, qeyd etmək yerinə düşər ki, sarışın, mavi gözlü xanıma rəqib kimi ancaq ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp göstərilir. Bacarıq dedikdə isə ilk növbədə Anukanın Anouki brendi adı ilə dizayn etdiyi ayaqqabılar və  tikməli geyimləri ağıla gəlir. ATV.az sizlər üçün maraqlı olacağını nəzərə alaraq, onun şəkillərini təqdim edir.

ATV.az