Aralıq dənizində növbəti miqrant faciəsi Qaçqınlar köpək balıqlarının hücumuna məruz qaldı

Baxış sayı: 48

Aralıq dənizində qəzaya uğrayan 2 gəmidəki mühacirlər köpək balıqlarının hücumuna məruz qalıb.

ATV.az bildiriri ki, bu barədə Reuters Liviya Sahil Mühafizə Xidmətinin məlumatına istinadən xəbər verir. Bildirilib ki, sahildən 65 km məsafədə baş verən qəza zamanı azı 31 qaçqın ölüb. Dənizdə tapılan cəsədlərin əksəriyyəti yırtıcılar tərəfindən parçalanıb. 40-dan çox mühacir isə itkin düşüb. Qəzaya uğrayan gəmilərdə dəqiq neçə nəfərin olduğu məlum deyil. Axtarışlar zamanı bölgədə qaçqınların olduğu daha bir neçə qayıq aşkarlanıb. Miqrantlar xilas edilərək, müvəqqəti düşərgələrə yerləşdirilib.

Rövşən Əliyev/ ATV.az