19 yaşlı qızı 10 il zirzəmidə zəncirləyib təcavüz etdi İtaliyada dəhşətli hadisə

Baxış sayı: 2054

İtaliyanın Gizzeria şəhərində polislər inanılmaz cinayətin üstünü açıblar. Adi avtomobil yoxlanışlarından biri zamanı maşının arxa oturacaqlarında arıq və cılız uşağı görən təhlükəsizlik əməkdaşları onun atasını dərhal nəzarətə götürüblər. Körpənin anasını görmək istədiklərini bildirən polislər onların evlərinə getdikdə gördükləri mənzərə qarşısında dəhşətə gəliblər.Evə  baxış keçirdən polislər 50 yaşlı Fransesko Rosarionun evində gizli zirzəmi aşkarlayıblar. Ora daxil olan hüquq-mühafizə orqanı əməkdaşları dəhşətə gəliblər. Zirzəmidə 29 yaşlı qadın boğazından zəncirlənmiş halda aşkarlanıb.Aparılan araşdırmalardan sonra məlum olub ki, 50 yaşlı İtaliya vətəndaşı 19  yaşlı qızı baxıcı adıyla evə gətirdikdən sonra ona qarşı zor tətbiq edib.10 il ərzində qadını zirzəmiyə zəncirləyən Fransesko Rosario ona dəfələrlə təcavüz edib. Hətta qadın zirzəmidə iki övlad da dünyaya gətirib.

Fuad Əliyev/ATV.az