Rusiya Müdafiə Nazirliyinin yeni sözçüsü Şoyqu 26 yaşlı gözəlçəni təyin etdi

Baxış sayı: 445

Rusiya müdafiə Nazirliyinin yeni sözçüsünün adı məlum olub. 

ATV.az RİA Novosti-yə istinadən bildirir ki, bu 26 yaşlı Rossiyana Markovskayadır. Məlumatı təsdiqləyən xanım-jurnalist əmrin noyabrın 15-də verildiyini bildirib. Nazirliyin hazırki sözçüsü İqor Konaşenkovun isə İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində işinə davam edəcəyi məlum olub. Yeni təyinata gəlincə, Vladivastok Uzaq Şərq Federal Universitetinin bitirən Markovskaya, jurnalistika ixtisası üzrə təhsil alıb. Əvvəlcə “Vladivostok” televiziyasında çalışan gözəlçə 2015-ci ildə Müdafiə nazirliyinə məxsus “Zvezda” telekanalına dəvət alıb.

ATV.az