“REUTERS”ə silahlı hücum Belarus vətəndaşı həbs edildi

Baxış sayı: 144

Xəbər agentliyi və maliyyə şirkəti olan Tomson Röytersin Polşadakı ofisinə silahlı hücum olub. 

ATV.az Moskovskiy Komsomolets-ə istinadən bildirir ki, hadisə Qdınya şəhərində baş verib. Hadisə ilə bağlı iki variant mövcuddur. Birinciyə görə, Belarus vətənadşı Stepan Sviderskiy naməlum səbəblərdən binaya daxil olaraq, tapança və tüfəngdən ətrafdakılara iki dəfə atəş açıb. Yalnız əməkdaşlardan biri cəld tərpənərək onu zərərsizləşdirib. Digər versiyaya görə isə Sviderskiy atıcılıq idmanı ilə məşğul olub və tapançanı iş yoldaşlarına göstərmək üçün iş yerinə gətirib. Atəş isə ehtiyatsızlıq üzündən açılıb. Hər iki halda Reutersin əməkdaşı barədə cinayət işi açılıb.

Rövşən Əliyev/ ATV.az