İrəvanda vəziyyət gərginləşir Tələbələrlə polis üz-üzə gəldi

Baxış sayı: 183

Ermənistanda tələbələrin hərbi xidmətdən möhlət hüququ ilə başladığı aksiyalar pik nöqtəyə çatıb. 

ATV.az erməni mətbuatına istinadən bildirir ki, İrəvan Dövlət Universitetində aclıq aksiyasını davam etdirən gənclər səhər saatlarından parlament binasına doğru hərəkət etməyə başlayıblar. Kütlə əvvəlcə Dəmirçiyan küçəsində hərəkəti iflic edib. Bundan sonra qanunverici orqanın yerləşdiyi Baqramyan küçəsi də aksiyaçılara görə tamamilə bağlanıb. Tələbələrin parlament binasına daxil olmaq cəhdi isə polisi hərəkətə keçirib. Paytaxtın polis rəisi, polkovnik Valeriy Osipyanın şəxsi xəbərdarlıqlarına baxmayaraq, gənclər geri çəkilməyib. Bu saatlarda qarşıdurmaların davam etdiyi və asayiş keşikçilərinin tələbələr qarşısında geri çəkildiyi bildirilir.

Rövşən Əliyev/ ATV.az