Pələng baxıcısı gənc qıza hücum etdi qızın vəziyyəti ağırdır

Baxış sayı: 85

Rusiyada zooparklardan birində dəhşətli hadisə baş verib. Pələngləri yemləmək üçün onların qəfəsinə daxil olan gənc xanım təhlükəsizlik qapısını bağlamağı unutduğu üçün ölümlə üz-üzə gəlib. Dərhal xanıma hümcum edən vəhşi heyvan onu parçalamağa çalışıb. Ətrafdakı insanların müdaxiləsi ilə pələngi qadından uzaqlaşdırmaq mümkün olub. Vəhşi heyvanın pəncələrindən xilas edilən xanım dərhal yaxınlıqdakı xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Fuad Əliyev/ATV.az