Təcavüzçünün cəzası bacısına verildi onu kənddə çılpaq gəzdirdilər

Baxış sayı: 177

Pakistanda 12 yaşlı qızı zorlayan şəxsin əvəzinə onun 14 yaşlı bacısına cəza verilib. Kənd məclisinin verdiyi qərarla onun bacısı zorla evlərdən birinə gətirilərək orada döyüldükdən sonra paltarları çıxardılıb və kənd meydanında saatlarla çılpaq gəzdirilib.  Dəhşətli hadisə Pakistanın xəbər agentliklərində yerləşdirildikdən sonra ölkədə böyük rezonansa səbəb olub. Əraziyə hüquq-mühafizə orqanı əməkdaşları göndərilib. Onlar baş verənləri ətraflı araşdırmalı və qərar verməlidir.

Fuad Əliyev/ATV.az