Berkovadan gözlənilməz addım Rusiyalı pornoulduz prezidentliyə iddialıdır

Baxış sayı: 906

Rusiyada gələn il keçiriləcək prezident seçkisində qalib gəlmək istəyən xanımların sırası genişlənir. 

ATV.az RİA Novosti-yə istinadən bildirir ki, indi də pornoaktrisa Yelena Berkova iddiasını ortaya qoyub. İnstaqram səhifəsindən seçkiqabağı platformasının müəyyən müddəalarını paylaşan ulduz geyimə senzura tətbiq edəcəyini, məktəblərdə cinsi tərbiyəni gücləndirəcəyini və hətta seks-imtahanlar keçiriləcəyini bildirib. O qeyd edib ki, ölkədə alkoqolizmlə mübarizədə yeni metodlardan istifadə edilməli, kiçik biznes inkişaf etdirilməlidir. Həmçinin seksual müdaxilələrə görə, ölüm hökmü tətbiq olunmalıdır. Qeyd edək ki, Rusiyada prezident seçkisi gələn ilin martında baş tutacaq. Namizədlərin rəsmi qeydiyyatı isə bu ilin dekabrından başlanacaq.

ATV.az