1 ayın gəlini əri də daxil olmaqla 15 nəfəri öldürdü FOTOLAR

Baxış sayı: 2865

Pakistanda dəhşətli hadisə baş verib. 

ATV.az-ın məlumatına görə, 1 ayın gəlini həyat yoldaşını qətlə yetirmək üçün inanılmaz plan qurub. Lakin onun planı daha böyük tələfata yol açıb. O, ərinin içdiyi südün içinə zəhər əlavə edib.

Amma qaynana həmin süddən ayran düzəldib. Nəticədə ayrandan dadan ailə başçısı da daxil olmaqla 15 nəfər həyatını itirib.14 nəfər isə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, cütlük ötən ay ailə qurub. Hadisəni törədən 27 yaşlı xanım sevmədiyi şəxsə zorla ərə verilib. 

ATV.az