Soyuducudan cəsəd qalıqları və insan başı çıxdı - FOTOLAR

Baxış sayı: 128

Yaponiyada dəhşətli qətlin üstü açılıb.

ATV.az “Mirror” xəbər portalına istinadən xəbər verir ki, paytaxt Tokio yaxınlığındakı evdə axtarışlar zamanı polis 8-i qadına adi olmaqla 9 cəsəd qalıqlarına və bir neçə insan başına rast gəlib.

Məlum olub ki, qətliamı 27 yaşlı qatil Şiraşi törədib. O, cəsəd qalıqlarını soyuducuda saxlayıb.

Hadisənin üstü təsadüf nəticəsində açılıb. İtkin düşən qızın axtarışına çıxan polis qatilin həmin xanımla əlaqəsini üzə çıxarıb.Qatil cinayəti etiraf edib. Onun niyə belə addım atdığı araşdırılır.

ATV.az