Daymlerdən daha bir yenilik Elektriklə işləyən yük maşınını nümayiş etdirdi

Baxış sayı: 80

Daymler konserni daha bir yeniliyi ilə avtomobilsevərlərin ürəyinə yol tapıb. 

ATV.az Autonews-a istinadən bildirir ki, E-Fuso Vision One adı verilən yük maşını elektrik enerjisi ilə hərəkətə gəlir. Bir dəfəyə 350 km məsafə qət edə bilən maşının çəkisi 23 tondur. 11 ton yük götürmə qabiliyyətinə malik olan yeni texnika dizel analoqundan bu kateqoriyada 2 ton geri qalır. İstehsalçılar tezliklə seriya buraxılışa başlanacağını bildirirlər. Əsasən ABŞ, Avropa və Yaponiya bazarları üçün nəzərdə tutulan E-Fuso şəhərlərarası daşımaçılıq üçün ideal hesab olunur. Qeyd edək ki, avtokonsern buna qədər elektriklə işləyən kiçik həcmli yük maşını olan Canter-i təqdim edib. 7,5 ton yük götürə bilən bu texnika 100-120 km məsafə üçün nəzərdə tutulub.

ATV.az