6 nəfəri öldürən milyarder qızı azad buraxıldı Ukrayna məhkəməsindən inanılmaz qərar

Baxış sayı: 153

Ukraynada  milyarder oliqarxın qızı narkotik vamsitənin təsiri altında sükan arxasına keçərək 6 nəfərin həyatına son qoysa da, məhkəmə bu gün onun haqda inanılmaz qərar verib. Bu ölkənin  enerji şirkətlərindən birinin sahibi Vasili Zaytsevin qızı Alyona Zaytseva məhkəmə prosesinin elə ilk günündəcə məhkəmə zalından evə buraxılıb. Hakim onu şərti olaraq azad edib. O hər gün polis idarəsinə baş çəkməli və 3 ay ərzində yaşadığı şəhəri tərk etməməlidir.

Maraqlıdır ki, məhkəmə başlayarkən dəmir barmaqlıqlar arxadsında ağlayan Zaitseva hakimin qərarından sonra tam dəyişib. Hadisəyə görə üzülən qızdan qətiyyən əsər-əlamət qalmayıb. Gülə-gülə zalı tərk edən oliqarx  qızının şəkillərini sizə təqdim edirik.

Fuad Əliyev/ATV.az