Nazirin insansevərliyi ilk yardıma tələsdi

Baxış sayı: 67

Türkiyənin Ailə və Sosial siyasət naziri fatma Betün Sayan Kaya halı pisləşən xəstəyə ilk yardım əlini uzatmaqla diqqət mərkəzinə düşüb. 

ATV.az Haberturk-ə istinadən bildirir ki,nazir Ankaradan İstanbula uçarkən qəfildən sərnişinlərdən birinin halı pisləşir. Təyyarəni yerə endirmək mümkünsüz olduğundan pilotlar çarəsiz qalır. Bu zaman ixtisasca həkim olan Sayan Kaya bir anda köməyə tələsir. Təyyarə yerə enəndən sonra nazir tərəfindən ilkin tibbi yardım alan şəxs xəstəxanaya aparılır. Təyyarədə baş verənləri isə vətəndaşlardan biri lentə alaraq sosial şəbəkələrdən birində paylaşıb. Qeyd edək ki, buna bənzər hadisə Rusiyada yaşanıb. Oktyabrın 19-da Moskvadan İrkutska uçan təyyarədə sərnişinin halı pisləşsə də, İrkutsk vilayətinin səhiyyə şöbəsinin başçısı xəsətəyə heç bir yardım göstərməmişdi

ATV.az