Bu şəxsi yuxuda görmüsünüz? Minlərlə insanın yuxusuna girir və...

Baxış sayı: 1139

Dünya miqyasında bir-birini tanımayan minlərlə insanın bu simanı yuxusunda görməsi böyük maraq yaradıb.

ATV.az-ın məlumatına görə, Nyu-Yorkda yaşayan məşhur psixoloqlardan biri xəstəsinin şikayətini dinləyərkən təəccüblənib. Xəstə tanımadığı bir şəxsin ona yuxuda tez-tez məsləhətlər verdiyini dilə gətirib. Xanımın ifadəsi əsasında həkim həmin şəxsin fotorobotunu çəkib.

Bir müddət sonra psixoloqun masası üzərində fotorobotu görən digər xəstə də, şəkildəki şəxsi tez-tez yuxusunda gördüyünü bildirib. Daha sonra fotonu digər psixoloqlar da xəstələrinə göstərib. Onların əksəriyyəti oxşar cavabı verib. 

Araşdırmalar nəticəsində məlum olub ki, minlərlə insan tanımadıqları bu şəxsi tez-tez yuxusunda görür. Alimlər hadisənin səbəbləri barədə dəqiq açıqlama verməkdə çətinlik çəkir.

Anar Türkeş / ATV.az