Dişlərini fırçalayarkən iflic oldu Nadir xəstəliyə tutuldu

Baxış sayı: 591

Avstraliyada yaşayan Kloya Makmen adlı xanım nadir rast gəlinən xəstəliyə tutulub.

ATV.az “dailymail”ə istinadən xəbər verir ki,  22 yaşlı xanım dişlərini fırçalayarkən üzünün sərtləşdiyini və hərəkət etmədiyini fərq edib. Həkimə müraciət edən Kloyanın müalicəsi mümkün olmayan “otoimmun”xəstəliyinə tutulduğu məlum olub.

Bildirilir ki, “üz iflici” adlandırılan xəstəliyin simptomları hələ bir neçə həftə əvvəl özünü biruzə versə də, Kloya buna əhəmiyyət verməyib. Hazırda həkimlər xəstəliyin bədənə yayılmasının qarşısını almağa çalışır. 

Anar Türkeş / ATV.az