Ankarada yanğın 30 yaralı...

Baxış sayı: 978

Türkiyənin paytaxtı Ankaranın Çukurambar rayonunda yaşayış binasında yanğın baş verib.

ATV.az "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 30 nəfər xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hadisə yerinə xilasedicilər və təci tibbi yardım briqadaları cəlb olunub.

Yanğının səbəbi araşdırılır.