Dünya bu qızdan danışır "Facebook"da sürətlə yayılan video...

Baxış sayı: 4196

Meksikanın San Luis Potosi əyalətində yaşayan ailə 15 yaşlı qızının doğum günü münasibətiylə böyük parti təşkil etmək üçün maraqlı üsula əl atıb.

ATV.az-ın məlumatına görə, Rubiyə doğum günü sürprizi etmək istəyən ailə, bu məqsədlə videomüraciət hazırlayaraq “Facebook” sosial şəbəkəsində paylaşıb. Videomüraciətdə “Facebook” istifadəçiləri ad günü partisinə dəvət edilib. Sosial şəbəkədə qısa müddət ərzində yayılan videogörüntüyə 1,3 milyon nəfər münasibət bildirərək, partiyə qatılacaqlarını deyib.

La Joya kəndində təşkil olunan ad günü şənliyinə “Facebook” vasitəsiylə dəvət alan minlərlə insan qatılıb. Ətrafında insan izdihamı və jurnalistləri görən Rubi, təəccübünü gizlədə bilməyib. Şənlikdə yerli musiqiçilərdə iştirak edib.

Anar Türkeş / ATV.az