Soyuqdan qorunmaq üçün qəbrlərdə yaşayırlar...

Baxış sayı: 370

İranda soyuqdan qorunmaq üçün aralarında uşaq və qadınların da olduğu onlarla şəxsin məzarlıqda yaşaması ölkədə geniş müzakirələrə yol açıb.

ATV.az-ın məlumatına görə, bu barədə “Şehrvend” qəzetində dərc olunan məqalədən sonra rəsmi qurumlar məsələyə müdaxilə edib. Tehran rəsmiləri bildirib ki, Nasirabad qəbrstanlığında yaşayan şəxslərin əksəriyyəti narkotik aludəçisidir. Onlar artıq müvəqqəti sığınacaqlara təxliyyə edilib.

Bildirilir ki, “Oskar” mükafatçısı rejissor Asgar Ferhadi məsələ ilə bağlı prezident Həsən Ruhaniyə məktub yazaraq iradlarını bildirib. Ruhani çıxışı zamanı rejissorun məktubuna belə cavab verib:

"Bəzi insanların yoxsulluq üzündən düzəltdikləri kiçik çadrlarda, körpülərin altında yaşadığını eşitmişdik. Amma qəbirlərdə yaşadığını eşitməmişdik. Bu məsələni araşdıranda utanc hissi keçirdim. Boğazım düyünləndi”.

Anar Türkeş / ATV.az