"Facebook"da ciddi səhv İstifadəçilər həyəcan yaşadı

Baxış sayı: 541

“Facebook” sosial şəbəkəsindəki ciddi səhv müzakirələrə yol açıb.

ATV.az “BBC”yə istinadən xəbər verir ki, şəbəkənin təhlükəsizlik sistemi Tailandda terror aktının baş verdiyi barədə səhvən bölgədəki istifadəçilərinə xəbərdarlıq siqnalı göndərib. Bildirilir ki, siqnalın göndərilməsinə Banqkokda naməlum şəxsin hökumət binasına pirotexniki vasitə atması səbəb olub. Sonradan hadisənin terror aktı olmadığı barədə rəsmi məlumat verilib.

Qeyd edək ki, şəbəkənin təhlükəsizlik sistemi terror aktı baş verən bölgədəki istifadəçilərinə xəbərdarlıq mesajı göndərərək onların vəziyyəti barədə sual verir. İstifadəçi vəziyyətə uyğun olaraq təhlükəsiz ərazidə olub-olmadığını bildirir. Beləliklə, həmin istifadəçinin dostluğundakı şəxslərin də vəziyyətdən xəbəri olur.

Anar Türkeş / ATV.az