2017-ci ilin beş ən yaxşı smartfonu

Baxış sayı: 1457

Ekspertlər ilin ən yaxşı smartfonlarının reytinqini tərtib ediblər.

ATV.az Azərtac-a istinadən bildirir ki, reytinq cədvəlinin beşinci pilləsində “OnePlus 5” smartfonu qərarlaşıb. Bu qurğunun yaradıcıları bir neçə faydalı funksiyanı əlavə etməyi unudublar: bu, simsiz yükləmə, gözün skaneridir. Titan korpusa malik “Essential Phone” smartfonu dördüncü yeri tutur. Smartfonun yaradıcısı Endi Rubin “Android” mobil əməliyyat sisteminin tərtibatçısıdır. “Samsung Galaxy Note 8” cihazı üçüncü, “Google Pixel” & “Pixel 2 XL” smartfonları isə ikinci pillədə qərarlaşıb. “Samsung Galaxy Note 8”, eyni zamanda, ilin ən gözəl smartfonu adına layiq görülüb. Mütəxəssislər reytinqdə birinci yeri “Apple” korporasiyasının istehsalı olan “iPhone 8” və “iPhone 8 Plus” smartfonlarına veriblər.

ATV.az