Bu aparat bizi keçmişə aparacaq NASA-dan "zaman maşını"

Baxış sayı: 484

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) “James Webb" kosmik teleskopuunun hazırlanması istiqamətində işləri davam etdirir.

ATV.az-ın məlumatına görə, “zaman maşını”adı verilən cihazın hazırlanma prosesi başa çatmaq üzrədir. Testdən keçirilən aparat ən gec gələn ilin sonuna qədər hazır olacaq.

“Hubble" kosmik teleskopu”nu əvəzləyəcək olan yeni aparatın əsas vəzifəsi digər planet və ulduzların keçmişini araşdırmaqdır. Başqa sözlə desək, aparat alimləri sanki keçmişə götürəcək.

Elm adamları yeni cihazın “Hubble" ilə müqayisədə 100 dəfə çox məlumat əldə edə biləcəyini qeyd edir. Həmçinin, teleskop əlçatmaz planetlər barədə də dəlillər əldə edəcək. 8,8 milyard dollara başa gələn cihaz 2018-ci ildən fəaliyyətə başlayacaq.

Anar Türkeş / ATV.az