"Facebook" pulsuz internet verməyə başladı YENİLİK

Baxış sayı: 1199

“Facebook” şirkəti internetə girişi olmayan 40 milyon nəfərin pulsuz internetə qoşulmasına şərait yaradıb.

ATV.az-ın məlumatına görə, bu məqsədlə xüsusi uçuş aparatları internet sisteminin olmadığı bölgələrə cəlb edilib. Günəş enerjisi ilə işləyən nəhəng cihazla, uzun müddət havada qala bilir. Nəticədə insanlar bu aparat sayəsində internetə pulsuz qoşulmaq imkanı əldə edir. Bildirilir ki, 3 il əvvəl start verilən layihənin əsas məqsədi internetə girişi olmayan 4 milyard insanı bu xidmətlə təchiz etməkdir.

Anar Türkeş / ATV.az