Deni Qaysumov - 50 Azərbaycanla ürəyi döyülən çeçen

Baxış sayı: 773

Ötən gün Azərbaycanın yeni futbol tarixində böyük iz qoymuş, 1995-1998-ci illərdə milli yığma komandamızda oynamış Deni Qaysumovun 50 yaşı tamam oldu. Milliyətcə çeçen olan Deni Rusiya vətəndaşı olmağına baxmayaraq, 1995-ci ildə Azərbaycanın təklifini qəbul edib, karyerasının ən parlaq vaxtlarında yığmaməzda oynamışdı.

 Karyerası boyunca  Rusiyanın "Terek", ÇSKA, "Spartak", "Sokol PJD" klublarında top qovmuş Deni Çeçenistanın ən məşhur futbolçusu sayılır. Qudermes şəhərində isə onun adına küçə də var. Qaysumov "Terek"in kapitanı olan ərəfədə bu klub tarixində ilk və son dəfə olaraq Rusiya Kubokunu qazanmışdır.

ATV.az