Şəhriyar Məmmədyarov heç-heçə etdi Həmyerlimiz üçüncüdür

Baxış sayı: 210

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat turniri davam edir.

ATV.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov "Tata Steel Chess" superturnirinin 12-ci turunda İngiltərə təmsilçisi Cons Qaveynlə heç-heçə oynayıb. Ş. Məmmədyarov 8 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. O, liderlər Giri və Maqnusdan yarım xal geridədir. Sabah, turnirin yekun mərhələsində təmsilçimiz hindistanlı Anand Vişvanatanla görüşəcək.

ATV.az