Luka Modriç Madrid məhkəməsində Futbolçu və həyat yoldaşı vergidən yayınmaqda ittiham edilir

Baxış sayı: 204

Madrid “Real”ının və Xorvatiya millisinin yarımmüdafiəçisi vergidən yayındığına görə həyat yoldaşı ilə birlikdə məhkəməyə gəlib. 

ATV.az Daily mail-ə istinadən xəbər verir ki, cütlük Madrid şəhər məhkəməsinə ailə vəkilləri ilə birlikdə gəliblər. 10 dəqiqə binada vaxt keçirən Modriçlər daha sonra heç bir açıqlama vermədən ordan uzaqlaşıblar. Qeyd edək ki, məhkəmə ötən ilin noyabrında yarımmüdafiəçinin 2013-2014-cü illərdə 870 min avro vergi borcu olması barədə qərar çıxarıb. Luka isə azadlıqda qalması müqabilində 1 milyon avro ödəyib.

Rövşən Əliyev/ ATV.az