Rusiyada Ronalduya heykəl qoyuldu

Baxış sayı: 321

“Real Madrid”in hücumçusu Kriştianu Ronaldunun Rusiyada buzdan düzəldilən heykəli azarkeşləri xeyli güldürüb. 

ATV.az Rusiya mətbuatına istinadən xəbər verir ki, heykəl paytaxtda “Buz tutan Moskva” festivalı çərçivəsində rusiyalı hekəltaraşlar tərəfindən ərsəyə gətirilib. Gəl ki, 32 yaşlı ulduz futbolçunun heykəli görənlərin gülüş hədəfi olub. Hətta Fransanın Le Monde de Buzz nəşri “Ronaldunun buzdan qəribə heykəli” başlığı ilə məqalə dərc edib.

Rövşən Əliyev/ ATV.az