Suaresin uşqalıq sevgisi Bu gözələ görə Uruqvaydan Avropaya gəldi

Baxış sayı: 132

Futbol üzrə Uruqvay millisinin və “Barselona” klubunun forvardı bu qıza aşiq olanda cəmi 15 yaşı var idi. 

Bir könüldən min könülə sarışın gözəlçəyə aşiq olan dəliqanlı tezliklə onu itirir. Belə ki, Sofi balbi ailəsi ilə birlikdə Avropaya köçür. Bir qədər sonra isə qızın ailəsi daimi yaşamaq üçün Barselonanı seçir. Bu kifayət edir ki, Suares bütün əziyyətə və çətinliklərə baxmayaraq, əvvəlcə Hollandiyada “Qroningen”, sonra isə “Ayaks”da əsas heyət üzvünə çevrilsin. 2009-cu ildə Sofi ilə ailə quran forvard Londonda “Liverpul”u fəth edir. Nəhayət o, sevgilisinin fanatı olduğu Kataloniya klubunda özünə yer tapır. ATV.az futbolçunun uşaqlıq sevgisinin fotoşəkillərini təqdim edir.

ATV.az